MI 11 Humerus Brace

MI 11 Humerus Brace

Humerus Brace- bazu sümüyünün fiksəedici-qoruyucu ortezi olub pasientə fərdi olaraq hazırlanır.Cırt bantlar vasitəsiylə en ölçüsünü tənzimləmək olur.
Bazu sümüyünün yuxarı 1/3 sınıqlarında istifadə olunur.
Bazu sümüyünün dirsəyə yaxın aşağı 1/3 sınıqlarında isə Humerus Brace Sermiento növündən istifadə olunur.Bu halda Bazu sümüyü ilə bərabər said nahiyəsi də fiksə olunur. Dirsək oynağında kontrakturun yaranmasının qarşısını almaq üçün dərəcəli oynaqla təchiz olunmuşdur. Dərəcəli oynaq vasitəsi ilə dirsək oynağında hərəkəti müəyyən dərəcə altında məhdudlaşdırmaq yaxud sərbəst hərəkətli saxlamaq olar.

Göstərişlər:
Bazu sümüyü sınıqı əməliyyatından sonra.
Əməliyyata göstəriş olmadıqda.
Bağ aparatı travmaları və əməliyyatından sonra.