Medicom Ortez-Protez Mərkəzi artıq 17 ildir ki, dayaq-hərəkət sisteminin deformativ-destruktiv xəstəliklərinin müalicəsində istifadə olunan fərdi ortezlərin hazırlanması və tətbiqi ilə uğurla məşğuldur.
Ortezlərin hazırlanmasında bu sahədə dünyanın qabaqcıl istehsalçıları olan Simona, Orfit, Frecoma kimi Avropa şirkətlərinin keyfiyyətli xammallarından istifadə edilir. Ortez mütəxəssislərimiz müvafiq sahədə sizə faydalı olmaq adına daim təlimlərdə aktiv iştirak edir, bilik və təcrübələrini təkmilləşdirirlər.