Amputasiyadan sonrakı həyatınızda protez mütəxəssislərimiz qayğıkeş və peşəkar yanaşması ilə protez sahəsində dünyanın qabaqcıl texnologiyalarını tətbiq edərək aktiv həyata geri dönüşünüzü təmin etmək istiqamətində daim yanınızda olacaqdır. Mütəxəssislərimiz sizə faydalı olmaq adına dünyanın qabaqcıl protez istehsalçıları olan Ottobock,Össur,Colleg Park,Nabtesco kimi şirkətlərin təlimlərinə qoşularaq müvafiq sahədə bilik və təcrübələrini təkmilləşdirir və uğurla tətbiq edirlər. Amputasiyadan sonra sizi maraqlandıran suallarla istənilən vaxt mərkəzimizə ödənişsiz müayinəyə yazıla bilərsiniz.